Ermənistan hakimiyyəti heç bir izahat vermədən Daşnaksütyun partiyasının Fransadakı gənclər birliyinin sədri Njde Karakavoryanı persona non qrata elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə partiyanın Ermənistandakı gənclər birliyi məlumat yayıb.
“Partiyanın gənclər təşkilatlarının üzvləri adətən vətənlərinə proqramlar və müəyyən işlər üçün gəlirlər.
Bu dəfə Njde fevralın 6-10-da Zəngəzurda keçiriləcək partiyanın ümumdünya gənclər konqresində iştirak etmək üçün gəlməli idi və burada dünyanın hər yerindən partiyanın gəncləri qarşıdan gələn fəaliyyətlərini birgə planlaşdıracaqdılar”, - məlumatda deyilir.
Xatırladaq ki, bir neçə ay əvvəl Daşnaksütyunun iki beynəlxalq lideri (Murad Papazyan və Masis Abramyan), həmçinin Niderlanddakı “Qaregin Njde” gənclər birliyinin üzvü Syune Abramyan Ermənistanda persona non qrata kimi tanınıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:13 / 29.01.2023
Fransada yaşayan daşnakın Ermənistana girişi qadağan edildi
Hazırda oxunan: Fransada yaşayan daşnakın Ermənistana girişi qadağan edildi
Hazırda oxunan: Fransada yaşayan daşnakın Ermənistana girişi qadağan edildi
117280
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.