İmişli Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən mağazaların birindəki seyfdən 12800 manat məbləğində pulun oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar olaraq İmişli RPŞ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb.
MÖVZU İLƏ BAĞLI:
Xadimə işlədiyi evdən 15 min dəyərində qızıl oğurladı
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə rayon sakini, əvvəllər məhkum edilmiş Hidayət Rüstəmov oğurluqda şübhəli bilinərək saxlanılıb.
H. Rüstəmov dindirilərkən obyektin tavanını sökərək gizli yolla mağazaya daxil olduğunu, oradakı dəmir seyfdən 12800 manat məbləğində pulu oğurladığını etiraf edib.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Bizim.Media