“Azərbaycanın Tehrandakı səfirliyinə edilən dünənki hücum bu dünyada terrorun nə qədər dəhşətli olduğunu anlayan hər kəsin qəlbində ağrı yaratdı”.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın tanınmış jurnalisti, tərcüməçi və televiziya aparıcısı, TASS agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar Mədəniyyət İşçisi, əməkdar jurnalist Mixail Qusman yerli televiziyalarımıza müsahibəsində bildirib.
Naxçıvanda səfərdə olan Qusman Tehrandakı səfirliyimizə qarşı terror aktını kəskin pisləyib:
"İran səfirlikdəki terrorla bağlı hərtərəfli araşdırma aparmalıdır və buna aydınlıq gətirməlidir.
Bu terror aktı hamını qəzəbləndirdi. Rusiyanın Xarici İşlər naziri, Birləşmiş Millətlər Təşkilatı sərt reaksiya verdi. Azərbaycan Prezidenti İlham Əliyevin də bildirdiyi kimi, müasir dünyada terrorizmə yer yoxdur! Azərbaycan terroru qəbul etmir".
Qeyd edək ki, Mixail Qusman yaradıcı heyəti ilə birgə Naxçıvana gəlib. Heyət Naxçıvanda ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş filmin çəkilişlərini aparır.
Çəkilişlər əsasən Əlincəqalada, Ulu öndərin Naxçıvanda yaşadığı evinin önündə və şəhərin bir neçə ünvanında aparılıb.
Həmin müsahibəni təqdim edirik:
Bizim.Media