"Qarabağ"ın transfer etmək istədiyi "Bayer"in (Leverkuzen) qapıçısı Andrey Lunyovun agenti Anton Smirnov qolkiperin gələcəyi ilə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, o, "RB Sport"a açıqlamasında rusiyalı futbolçuya Ağdam təmsilçisi ilə yanaşı, İngiltərə və Türkiyə klubundan da təklif gəldiyini bildirib:
“Bayer"in yeni qapıçı alması vəziyyəti 180 dərəcə dəyişdi. Transfer pəncərəsinin bağlanmasına bir neçə gün qalmış yeni klub axtarmaq çətindir. Amma İngiltərə Çempionşip, Türkiyə klublarından və "Qarabağ"dan təklif var. “Qarabağ”la birbaşa danışıqlar aparmadıq, amma bu gün “Bayer”in idman direktoru ilə danışdım. O, bu klubun Andreyi almaq istəyindən danışdı.
Kluba rəsmi məktub gəlib. "Bayer"in mövqeyi Andreyə hörmətdir, tam dəstəkdir. Məqbul variant olarsa, klub Andreyi buraxacaq. Əks halda, Lunev müqavilənin sonuna qədər "Bayer"də qalacaq. İndi Andreyin vəziyyətinə baxacağıq və qərar verəcək. Yaxın günlərdə alınsa, getməyə çalışacağıq. Elə ölkələr var ki, orada transfer pəncərələri gec bağlanır. Məsələn, Türkiyə, Azərbaycanda”.
Qeyd edək ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov A.Lunyevi transfer etmək istədiklərini təsdiqləmişdi.
Bizim.Media
- A-
- A
- A+
İdman
15:37 / 28.01.2023
"Qarabağ"ın istədiyi qapıçıya İngiltərə və Türkiyə klublarından təklif
Hazırda oxunan: "Qarabağ"ın istədiyi qapıçıya İngiltərə və Türkiyə klublarından təklif
Hazırda oxunan: "Qarabağ"ın istədiyi qapıçıya İngiltərə və Türkiyə klublarından təklif
117171
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.