İranın sünni məzhəbli etnik bəluçların kompakt yaşadığı Sistan və Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərində tanınmış ağsaqqallardan olan Hacı Xudarəhim Mənduzehi hökumət qüvvələri tərəfindən güllələnərək öldürülüb.
Bizim.Media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, Bəluç fəalların verdiyi məlumata görə, yanvarın 27-i gecə saatlarında mülki geyimli təhlükəsizlik məmurları tərəfindən güllələnib.
Hadisə etnik bəliçlar arasında geniş əks-səda doğurub və Tehran rejiminə qarşı kütləvi aksiyalara çağırışlar edilib.
Xatırladaq ki, bundan öncə noyabrın 24-də Sistan və Bəluçistanda Amanullah Baczehi adlı ağsaqqalın öldürülməsindən sonra geniş etiraz nümayişləri keçirilmişdi.
Bizim.Media
- A-
- A
- A+
Region
14:13 / 28.01.2023
İranda tanınmış sünni ağsaqqal öldürüldü - FOTO
Hazırda oxunan: İranda tanınmış sünni ağsaqqal öldürüldü - FOTO
Hazırda oxunan: İranda tanınmış sünni ağsaqqal öldürüldü - FOTO
117149
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.