İƏGF-nin Avrasiya üzrə Regional Mərkəzi İrandakı terror aktını pisləyib

Hazırda oxunan: İƏGF-nin Avrasiya üzrə Regional Mərkəzi İrandakı terror aktını pisləyib

117073

Bu gün İstanbul şəhərində keçirilən İslam Əməkdaşlıq Gənclər Forumu (İƏGF) İdarə Heyətinin (İH) iclasına qatılan İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin (İƏGF ARM-nin) icraçı direktoru Vüsal Qurbanov İH heyəti üzvlərinə Azərbaycanın İranda yerləşən səfirliyində baş vermiş terror hadisəsi haqqında məlumat verib.  

Bu barədə Bizim.Media-ya İƏGF-dən məlumat verilib. 

Bildirilib ki, V.Qurbanov öz çıxışında təmsil etdiyi Mərkəz adından İƏT ailəsinin fəal üzvü olan Azərbaycan xalqına və terror zamanı şəhid olan səfirlik əməkdaşının yaxınlarına baş sağlığı verib, eyni zamanda İƏT üzv-ölkələrində ölüm faciələri ilə nəticələnən bu tipli hadisələrin baş verməsindən ciddi narahatlığını və diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunmasının vacibliyini bildirib.  

İƏT məkanında əsas məqsədin  müsəlman ölkələri arasında etimad, dostluq və həmrəylik şəraiti yaratmağın, eləcə də gərginliyin aradan qaldırılmasının vacibliyini qeyd edən V.Qurbanov qısa zamanda İran hökumət qurumları tərəfindən bu terror aktının təşkilatçı və sifarişçilərinin tapılmasına və məsuliyyətə cəlb olunacağına ümid etdiyini bildirib.  
İƏGF İdarə Heyətinin üzvləri Azərbaycan hökumətinə və xalqına baş sağlığı verərək, yaralıların tezliklə sağalması üçün dualar ediblər, o cümlədən səfirliyə qarşı hücumu pisləyiblər.  

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin