İslam Əməkdaşlıq Təşkilatı səfirliyimizə edilən hücumdan YAZDI 

Hazırda oxunan: İslam Əməkdaşlıq Təşkilatı səfirliyimizə edilən hücumdan YAZDI 

117057

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İKGF) prezidenti Taha Ayxan Tehrandakı səfirliyimizə hücumla bağlı Azərbaycan xalqına başsağlığı verib. 

Bizim.Media xəbər verir ki, o, bu barədə təşkilatın “Instaqram” hesabında paylaşım edib: 
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan Azərbaycanın İrandakı səfirliyinə terror HÜCUMUNU QINADI


“Yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilən və bir neçə insanın yaralanması və tələfatı ilə nəticələnən silahlı hücumu qətiyyətlə pisləyirik. İKGF Azərbaycan xalqının yanındadır. Allah dünyasını dəyişənlərə rəhmət eləsin. Yaralılara şəfa diləyirik”. 

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.  

Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs saxlanılıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin