İranın Azərbaycandakı səfirliyi Tehranda baş verən terror hücumu ilə bağlı açıqlama verməkdən boyun qaçırıb.
Bizim.Media xəbər verir ki, ölkənin paytaxt Bakıdakı səfirliyi önündə toplaşan jurnalistlərə baş vermiş hadisə ilə bağlı açıqlama verilməyib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan Azərbaycanın İrandakı səfirliyinə terror HÜCUMUNU QINADI
Belə ki, səfirlik nümayəndəsi tərəfindən jurnalistlərə press reliz paylanılıb.
Press relizdə İranın Azərbaycandakı səfirliyinin Tehranda Azərbaycan səfirliyinə edilən hücumu pislədiyi, İran hüquq mühafizə orqanlarının baş vermiş hadisəni araşdırdığı qeyd edilib.
Həmçinin qeyd edilib ki, bununla bağlı iki ölkənin xarici işlər nazirləri arasında telefon danışığı baş tutacaq.
Bizim.Media