Azərbaycan şahmatçısı Teymur Rəcəbov bu gün Çempionlar Turunun "Opera Euro Rapid" adlanan mərhələsində 3-cü yer uğrunda mübarizəyə başlayacaq.
Bizim.Media xəbər verir ki, o, fransalı Maksim Vaşye-Laqravla qarşılaşacaq.
MÖVZU İLƏ BAĞLI:
Teymur Rəcəbov yarımfinala məğlubiyyətlə başladı
Görüşlər iki gün davam edəcək. Şahmatçılar hər gün 4 oyun keçirəcək. İki günün qarşılaşmaları qalibi müəyyənləşdirməsə, tay-breyk oynanılacaq.
Qeyd edək ki, Rəcəbov yarımfinalda ABŞ təmsilçisi Uesli Soya, Vaşye-Laqrav isə norveçli Maqnus Karlsenə uduzub. Bu gün və sabah həm də Karlsen və So arasında final görüşləri keçiriləcək.
Bizim.Media