SEPAH mediasından hədyan dolu YALAN MƏLUMAT

Hazırda oxunan: SEPAH mediasından hədyan dolu YALAN MƏLUMAT

117036

SEPAH-a bağlı “Telegram” kanalının rus versiyası bu gün səhər Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən şəxsin guya şəxsi zəmində hadisəni törətdiyini iddia edərək, terror aktının mahiyyətini dəyişməyə və əhəmiyyətini azaltmağa çalışıb. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumat “Azad İran” teleqram kanalında verilib. 
Kanal habelə həyasızcasına hadisənin baş verməsində səfirlik işçisini təqsirli göstərməyə cəhd edib: 

“Hücum edən şəxsin bu yaxınlarda Tehrana gələn Şərqi Azərbaycan əyalətinin sakini olduğu müəyyən edilib. Onun xanımının Azərbaycan vətəndaşı, Azərbaycan Respublikasında yaşayan Gülnar Əliyeva olduğu müəyyən olunub.

Əgər Azərbaycan səfirliyinin əməkdaşı qapını bağlasaydı (videoda 00:08-dəki mavi köynəkli oğlan), silahlı şəxs səfirliyin binasına daxil olub heç kimi öldürə bilməzdi”.

Xatırladaq ki, Azərbaycan XİN İrandakı səfirliyimizə bu gün edilən siahlı hücumla bağlı rəsmi məlumat yayıb. Bildirilir ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.
Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin