"Azərbaycan səfirliyinin mühafizəçisi şir kimi döyüşüb" - Zaxarova

Hazırda oxunan: "Azərbaycan səfirliyinin mühafizəçisi şir kimi döyüşüb" - Zaxarova

116949

Azərbaycan səfirliyinin mühafizəçisi şir kimi döyüşüb.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "telegram" kanalında yazıb.

O, Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumunun videosunu paylaşaraq "Azərbaycan səfirliyinin mühafizəçisi şir kimi döyüşüb" şərhini yazıb.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin