Azərbaycanın Tehrandakı səfirliyinə hücumun görüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, hadisə ilə bağlı görüntülər "Caliber" teleqram kanalında yayılıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinin binasına silahlı hücum edilib. Hadisə nəticəsində səfirliyin bir əməkdaşı ölüb, iki nəfər isə yaralanıb.
Xatırladaq ki, Azərbaycan XİN baş verənlərlə bağlı ilk rəsmi məlumat yayıb. Bildirilir ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.
Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media