Saçlarda yağlanmanın qarşısını necə almaq olar?

Hazırda oxunan: Saçlarda yağlanmanın qarşısını necə almaq olar?

11693

Saç yağlılığı ən çox görülən problemlərdən biridir. Əslində bu fizioloji bir vəziyyətdir və xəstəlik kimi qəbul edilməməlidir, ancaq yağlı saçlar insanlara psixoloji təsir göstərə bilər.

Bu səbəblə yağlı saç probleminin qarşısını almaq üçün bəzi tədbirlər alınmalıdır. Lakin saçları tamamilə yağsız qoymaq da düzgün deyil, çünki saçın yağa da ehtiyacı var.

Bizim.Media saçlarınızın  yağlanmasının qarşısını almaq üçün tövsiyələri təqdim edir:

-Əvvəlcə yemək vərdişlərinizi dəyişdirin və sağlam qidalanın.

-Saç quru olduqda, saç dərisi saçları nəmləndirmək üçün daha çox yağ istehsal edir. Bu səbəbdən dəri istiləşməsinə səbəb olan saç düzümü istifadə etməyin. 

-Duş qəbul edərkən həddindən artıq isti su istifadə etməyin, çünki saç dərisini çox qurudur. Saçlarınızı isti su əvəzinə ilıq su ilə yuyun. 

-Saçlarınız çox yağlıdırsa və bu vəziyyətdən çox narahat olursunuzsa, əvvəlcə şampunlarınızı dəyişin. Saçınıza uyğun bitki mənşəli şampundan istifadə edin. Şampun və saç kremi seçərkən xüsusi olaraq yağlı saçlar üçün olduğundan əmin olun.

-Gün ərzində saçlarınıza çox toxunmayın. Çünki saçlara toxunmaq yağlanmanı sürətləndirir. 

-Saçları daramaq dəridə olan yağın saça çatmasını sürətləndirir. Bu səbəbdən saçınızı tez-tez daramayın. 

-Saç kremini qətiyyən saç dibinə sürtməyin. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin