Fevralın 26-sı ABŞ-ın bu ştatında Azərbaycan Günü elan edildi

Hazırda oxunan: Fevralın 26-sı ABŞ-ın bu ştatında Azərbaycan Günü elan edildi

11692

ABŞ-ın Minnesota ştatının qubernatoru Tim Volz fevralın 26-sının Azərbaycan Günü elan edilməsi ilə bağlı bəyanat imzalayıb.

Bizim.Media xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bəyanatın imzalanması Minnesota Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallisin təşəbbüsü olub.

 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-da rəssam Aida Mahmudovanın fərdi sərgisi təşkil edildi


Bəyanatda qeyd olunub ki, Minnesotada yaşayan azərbaycanlılar ana dilini, zəngin milli-mədəni dəyərlərini, ənənələrini qoruyub-saxlamaqla, həmçinin təbliğ etməklə yerli mədəniyyətə töhfə verməkdədirlər.

Qeyd edək ki, 2016-cı ildə ABŞ-ın Minnesota ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar qətnamə qəbul edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin