Müğənni Xuraman Şuşalı köhnə görüntülərinin internet səhifələrindən silinməsini xahiş edib.
Bizim.Media xəbər verir ki, sənətçi bu haqda "Həmin Zaur" proqramında danışıb.
O bildirib ki, hicabsız şəkillərinin hələ də bir çox yerdə yayımlanması onu narahat edir:
"Dəfələrlə demişəm, xahiş etmişəm ki, Allaha xatir şəkillərimi silin. Bəziləri sildi, amma sonra yenidən yüklədilər".
"Hicaba gələndən sonra 3 il sənətdən uzaqlaşdım. Amma oxumamış qala bilmədim. İslama güclü imanla gəldim, bacarmadım. Ümid edirəm tək günahım oxumaq olar".
Bizim.Media