Ağdam-Füzuli avtomobil yolunun inşasından yeni GÖRÜNTÜLƏR

Hazırda oxunan: Ağdam-Füzuli avtomobil yolunun inşasından yeni GÖRÜNTÜLƏR

116827

Ağdam-Füzuli avtomobil yolunun inşası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə davam edir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, həmin yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılır.

Uzunluğu 64,8 kilometr, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir.

Yol çiyinlərinin eni hər bir istiqamətdə 3,75 metr, ayırıcı zolağın eni 2 metr olmaqla yol yatağının eni 26,5 metr təşkil edir.

Hazırda birinci texniki dərəcəli olacaq avtomobil yolunda torpaq işlərinin icrası çərçivəsində yararsız qruntun çıxarılması, yatağın genişləndirilməsi, 26,5 metr enində yeni yol yatağının, yol əsasının tikintisi, 380 metr uzunluğunda istinad divarının, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, həmçinin zəruri yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin inşası davam edir.

Yolun km 0-32,4 kilometrlik hissəsində layihə çərçivəsində 9 ehtiyat keçidi, 16 suötürücü boruların tikinti işləri başa çatdırılıb.

Bundan başqa, bitki qatının çıxarılması 35,8 faiz, qazma işləri 9,5 faiz, torpaq yatağının tikintisi isə 21,9 faiz yerinə yetirilib. Hazırda bu hissədə nəqliyyat üçün bir alt keçidinin və bir piyada keçidinin tikintisi davam etdirilir. Layihənin 0-32,4 kilometrlik hissəsi üzrə fiziki tərəqqi 8,64 faiz təşkil edir.

Yolun 32,4-64,8 kilometr hissəsində torpaq işləri tamamlanıb, hazırda hamarlayıcı qatın və əsasın alt qatının tikintisi aparılır. Layihənin sözügedən hissəsində 4 keçid və 11 kommunikasiya borusu, 25 müxtəlif diametrli suötürücü boru inşa edilib. Bu hissədə körpü dayaqlarının tikintisi sona çatmaq üzrədir.

Qeyd olunan hissədə torpaq işləri 56 faiz, süni qurğular 50 faiz, yol geyimi 11,2 faiz olmaqla, ümumilikdə tikinti işləri 22 faiz icra olunub. Yolun layihə üzrə nəzərdə tutulan 1, 6, 37 və 63-cü kilometrlik hissələrində 4 avtomobil körpüsünün inşası aparılır. Körpülərdə svay, betonlanma və dayaqların tikintisi davam edir.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun olaraq yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli rayonları ərazisindən keçir.

Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yol boyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin