Ermənilər Qarabağı tərk edəcək – Paşinyan PROQNOZ VERDİ

Hazırda oxunan: Ermənilər Qarabağı tərk edəcək – Paşinyan PROQNOZ VERDİ

116762

Xəbər verdiyimiz kimi, Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 46 gündür ki, davam edir. Bu aksiya təkcə erməniləri deyil, onların havadarlarını bərk narahat edir.

Hətta erməni diasporunun maliyyə dəstəyilə Avropa Parlamentində Azərbaycanın əleyhinə qətnamələr qəbul olunur, bir çox dövlət rəsmiləri aramsız olaraq Bakıya zənglər edir.

Azərbaycanın isə əsas tələbi azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şəraitin yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Deyilənlərin yaxın müddətdə həyata keçiriləcəyini anlayan ermənilər indidən haray-həşir qoparırlar. Küçə aksiyası ilə hakimiyyətə gələn Nikol Paşinyan yenə də açıqlamaları ilə erməni mətbuatını zəbt edib. 

Bizim.Media “Sputnik Ermənistan” nəşrinə istinadən xəbər verir ki, bu gün o, maraqlı proqnozla gündəmə gəlib. 

O iddia edir ki, rəsmi Bakının hərəkətlərinin mənası Qarabağ ermənilərini həmişəlik öz evlərini tərk etməyə məcbur etməkdir. Onun fikrincə, Bakının planı iqtisadi və psixoloji təzyiqi kuliminasiya nöqtəsinə çatdırmaq, sonra isə açıq olan dəhlizi “açmaqdır”:

“Bir neçə gün gözləyəcəklər ki, ermənilər kütləvi şəkildə evlərini tərk edəcəklər, sonra yenidən dəhlizi bağlayacaqlar”.

Bunları deməklə Paşinyan Qarabağ ermənilərinə, xüsusilə Moskvadan xüsusi olaraq göndərilən Ruben Vardanyana talelərinin necə bitəcəyi anonsunu verir. 

Onsuz da Paşinyan dəfələrlə Qarabağın Azərbaycana aid olduğunu səsləndirib. Xankəndidə kök salan separatçılar və onlara xaricdən dəstək verənlər bunu anlamaq istəmirlər.

Baş nazir isə onlara dolayısı yolla işin necə sonlanacağını bildirir.

O, hətta Qarabağ ermənilərini elektrik enerjisinin kəsilməsi xəbəri ilə bir daha qorxuya salır. Ancaq Paşinyan 100 faiz əmindir ki, qazın, internetin və elektrik enerjisinin kəsilməsinin Bakı ilə heç bir bağlılığı yoxdur. Çünki bütün bu kommunikasiyalar Qarabağa Ermənistandan gəlir. Paşinyan çıxışı zamanı bir daha Moskvaya meydan oxuyub və beynəlxalq faktaraşdırıcı qrupunun Laçın dəhlizinə və Qarabağa göndərilməsini istəyib. Bu istək isə rəsmi olaraq Moskva tərəfindən qəbul edilmir. 

Paşinyana və xüsusilə Vardanyana xatırladırıq ki, Laçın dəhlizi bağlanmayıb, Qarabağa gələn qaz və elektrik enerjisi kəsilməyib. Xankəndi-Laçın yolu ilə mülki ermənilərin öz avtomobilləri ilə gəlməməsi planı böyük ehtimalla Fransada hazırlanıb.

Rəsmi Bakının ermənipərəst Paris üçün hazırladığı planın detallarını isə Paşinyan bu gün özü də dərk etmədən açıqlayıb:

“Ermənilər Qarabağı tərk edəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin