Ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımının 29-cu ildönümünə sayılı günlər qalıb.
Hər il Bakıda Xocalı şəhidlərinin xatirəsinə ucaldılan “Ana harayı” abidəsinə ziyarətlər təşkil olunur. Pandemiya səbəbindən anım tədbirinin və ziyarətlərin təşkili qaydaları hələki açıqlanmayıb.
MÖVZU İLƏ BAĞLI:
İsraildə erməni terrorunun qurbanları yad edilib
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimov Bizim.Media-ya açıqlamasında anım tədbirinin keçirilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözlədiklərini deyib:
“Nazirlər Kabineti yanında Operativ Qərargahın rəyinə əsasən addım atılacaq. Qurum nə qərar verəcəksə, o da icra ediləcək”, deyə İsrafil Kərimov əlavə edib.
Xətai Rayon icra Hakimiyyətindən isə ildönüm qabağı rayonda, eləcə də “Ana harayı” abidəsinin ətrafında xüsusi abadlıq işlərinin aparıldığı qeyd olunub:
“Genişmiqyaslı tədbir və ya ziyarətin təşkil olnacağını isə bilmirik. Bu barədə hələki bizə məlumat verilməyib”.
Alçina Amilqızı, Bizim.Media