Türkiyədə "ULAQ" layihəsi çərçivəsində Türkiyə müdafiə şirkətləri tərəfindən hazırlanmış ilk silahlı "SİDA" pilotsuz qayıq suya buraxılıb.
Bizim.Media xəbər verir ki, layihə bir neçə ildir ki, Antalyadakı “ARES” müdafiə gəmiqayırma zavodunda "Meteksan" mütəxəssislərinin fəal iştirakı ilə həyata keçirilirdi.
Kompozit materiallardan hazırlanmış SİDA yerli rabitə sistemi ilə təchiz olunub, 400 km-ə qədər məsafəni qət edə bilir, 65 km.saat sürət toplayır və gecə görmə sisteminə malikdir.
Qayıq yerüstü mobil nəqliyyat vasitələrindən və ya stasionar komanda mərkəzindən, eləcə də təyyarə daşıyıcıları və freqat kimi hərbi gəmilərdən idarə oluna bilər.
Həmçinin kəşfiyyat, müşahidə, asimmetrik müharibə, minaların aşkarlanması, silahlı müşayiət və sahil yaxınlığında strateji obyektlərin qorunması üçün nəzərdə tutulub.
Pilotsuz qayıq 4 Javelin raket sistemi və Türkiyənin Roketsan şirkəti tərəfindən hazırlanmış 2 L-UMTAS ilə təchiz edilib.
Qayığın sistemləri zərbə məqsədli pilotsuz uçan aparatlarla əlaqədə fəaliyyət göstərmək keyfiyyətinə malikdir.
İlk pilotsuz hərbi qayığın görüntülərini təqdim edirik:
Bizim.Media