Yaponiyanın ölkəmizdəki səfiri Göyçaya səfər etdi - FOTO 

Hazırda oxunan: Yaponiyanın ölkəmizdəki səfiri Göyçaya səfər etdi - FOTO 

116672

Yaponiyanın Azərbaycandakı səfiri Göyçay rayonuna səfər edib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki,Yaponiyanın Azərbaycan Respublikasındakı səlahiyyətli səfiri Vada Cüniçi Göyçay rayonunda səfərdə olub. 

Səfər zamanı səfir əvvəlcə Göyçay rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev ilə görüşüb.  

Görüşdə icra hakimiyyətinin başçısı diplomata rayonun tarixi, əhalisi, məşğuliyyəti və sosial-iqtisadi inkişafı haqqında ətraflı məlumat verib, görülən işlərdən danışıb. 

Həmçinin Yapon və Azərbaycan xalqlarının dostuluğundan, Azərbaycan hökuməti ilə Yaponiya hökumətinin geniş hərtərəfli əlaqələrindən və bu əlaqələrin günü-gündən inkişafından danışılıb.

Yaponiya hökümətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində rayonun müxtəlif sahələri üzrə bu günədək 11 layihənin həyata keçirildiyi qeyd olunub. 

Səfər çərçivəsində səfir Vada Cüniçi və icra hakimiyyətinin başçısı Natiq Ağayev rayonda fəaliyyət göstərən “Göyçay-Süd” Açıq Səhmdar Cəmiyyətində olublar. Müəssisənin rəhbəri Mustafa Bədəlov qonaqlara istehsal prosesi barədə məlumat verib.  
Səfir göstərilən diqqətə görə rayon rəhbərinə minnətdarlıq etmiş və qarşılıqlı əməkdaşlığın xalqlarımız arasındakı dostluğun daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirib.  










Aqil Əsədov, Bizim.Media, Aran bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin