İranın Əsəluye şəhərində yerləşən Pars limanında gəmi batıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı “Azad Iran“ məlumat yayıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, “Anil” adlı gəmi Tanzaniyaya məxsus olub.
Pars Enerji Zonasının təhlükəsizlik, ətraf mühit, passiv müdafiə və böhran idarəsinin rəhbəri gəminin batmasına konteynerlərin yanlış yerləşdirilməsinin səbəb olduğunu bildirib.
Bizim.Media