Ayaz Quliyevin klubuna transfer qadağası qoyuldu

Hazırda oxunan: Ayaz Quliyevin klubuna transfer qadağası qoyuldu

116663

Rusiyanın “Ximki” klubuna transfer qadağası qoyulub. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb. 

Məlumata görə, qərar qurumun Mübahisəli Məsələlərin Həlli Palatasının iclasında qəbul edilib.

Belə ki, Rusiya Premyer Liqasında çıxış edən klub “Joint Industries Limited Partnership” şirkəti qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün bu sanksiya ilə üzləşib.  

Bildirilib ki, “Ximki” üzərinə götürdüyü şərtlərə əməl etsə, transfer qadağası ləğv oluna bilər. Qeyd edək ki, “Ximki”də AFFA-nın milliyə cəlb etmək istədiyi Ayaz Quliyev də çıxış edir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin