Bu gün Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasından 22 il keçir.
2001-ci il yanvarın 25-də isə Azərbaycanın o zamankı Prezidenti Heydər Əliyevin iştirakı ilə Strasburqda Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilib və qurumun binasının qarşısında dövlətimizin bayrağı ucaldılıb.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirir ki, AŞPA-da təmsil olunmağımızın əsas hədəfi demokratik inkişaf yolu ilə getmək və hətta Avropanın özündə demokratiyaya zidd olan proseslərə öz etiraz səsimizi bildirməkdən ibarətdir:
“Avropa Şurasının fəaliyyətinin əsas qayəsini qitədə insan hüquq və azadlıqlarının müdafiəsi təşkil edir. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra müəyyən edildi ki, ölkəmizin gələcək inkişafı demokratiya ilə bağlıdır. Demokratik inkişaf yolunu seçən dövlətlərdə isə insan hüquq və azadlıqlarının müdafiəsi, qanunun aliliyi, şəffaflıq əsas məsələlərdir.
Bu məntiqlə ölkəmizə senzura, ölüm hökmü ləğv edildi, məhkəmə sistemində ciddi islahatların əsası qoyuldu. Bütün bunların nəticəsində Azərbaycanın AŞ-a daxil olması üçün fundamental əsaslar yarandı. Təşkilata daxil olan ölkələr öhdəliklər götürür. Təəssüflə qeyd edirəm ki, AŞ 1 milyondan çox məcburi köçkün və qaçqınlarımızla bağlı üzərinə götürdüyü əsas öhdəlikləri lazımi səviyyədə yerinə yetirmədi, Ermənistana qarşı hansısa təzyiq mexanizmlərini işə salmadı”.
Buna baxmayaraq, deputat qeyd edir ki, Avropa Şurasının yaratdığı imkanlardan bəhrələnmək əsas hədəfimiz olub:
“Prezident İlham Əliyevin Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətimizə rəhbərlik etdiyi dövrdə qurum Ermənistanın işğalçılıq siyasətini tənqid edən bir sıra qətnamələr qəbul edir. AŞPA tribunası böyük tribunadır. Avropanın 47 dövləti burada təmsil olunub. Onun yaratdığı imkanlardan Azərbaycan öz haqq səsini, ədalətli mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.
Bu baxımdan ölkəmiz üçün həmin təşkilata üzv olmaq müəyyən avantajlar yaradır. Bununla göstəririk ki, Avropa dövlətiyik, avropa dəyərlərini paylaşırıq və öz milli-mənəvi dəyərlərimizə sadiqik. AŞPA-da təmsil olunmağımızın əsas hədəfi demokratik inkişaf yolu ilə getmək və hətta Avropanın özündə demokratiyaya zidd olan proseslərə öz etiraz səsimizi bildirməkdən ibarətdir. AŞPA yenə də Azərbaycan əleyhinə fəaliyyətə başlayıb. Guya Azərbaycan Qarabağdakı erməniləri blokadaya salıb. Azərbaycan nümayəndə heyəti isə reallığın əslində başqa olduğunu izah edir. Heç kimi blokadaya salmamışıq. Əksinə, torpaqlarımızda ermənilər ekoloji terror həyata keçirir və buna etiraz edirik. Əsas niyyətimiz haqq işimizi dünyaya çatdırmaqdır”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:00 / 25.01.2023
Avropa Şurası 22 ildə Azərbaycana nə verdi? – Elman Nəsirovun AÇIQLAMASI
Hazırda oxunan: Avropa Şurası 22 ildə Azərbaycana nə verdi? – Elman Nəsirovun AÇIQLAMASI
Hazırda oxunan: Avropa Şurası 22 ildə Azərbaycana nə verdi? – Elman Nəsirovun AÇIQLAMASI
116650
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.