Ermənistanın baş naziri Nikol Paşinyan 15 hərbçinin həyatına son qoyan faciəvi yanğına görə məsuliyyət daşıyanları hərbi rəhbərliyin aşağı eşelonlarında tapmağa və ordunun məhvinə son qoymağa çalışır.
Bizim.Media xəbər verir ki, bunu yanvarın 25-də jurnalistlərlə görüşündə politoloq Arqişti Kiviryan deyib.
O, əminliklə bildirib ki, hakimiyyət gələcəkdə ictimai partlayışın olacağını istisna etmir və məsuliyyətdən yayınmağa çalışır. Onun sözlərinə görə, insanlar heç nəyi unutmurlar.
Ekspert əlavə edib ki, hər bir problemin cavabdeh adamı olur və buna Paşinyanın hərəkətləri səbəb olub.
“Basarkeçər rayonunun Ağkilsə kəndində faciə yerinə yalnız üçüncü gün baş çəkən Ermənistanın müdafiə naziri hansı nümunəni göstərə bilər?” - deyə o, soruşub.
Kiviryan vurğulayıb ki, hakimiyyət dərhal faciə yerinə getməli idi, lakin onlar kazarma kimi istifadə edilən mal tövləsinin fonunda şəkil çəkdirmək istəməyiblər.
“Əgər normal ölkədə yaşasaydıq, bu, baş verməzdi. Hətta baş versəydi belə, lazımi istintaq hərəkətləri aparılmalı və yalnız bundan sonra hakimiyyət ərazinin sərhəd zonasına yaxın olduğunu, o cümlədən təxribatın baş verə biləcəyini nəzərə alaraq müxtəlif versiyalar irəli sürməli idi”.
Politoloq yanğından sonra hökumətin iclasında hakimiyyətin açıqlamalarını məsuliyyətsizlik adlandırıb.
“Əgər zabiti gözdən salırsansa, deməli sənin ordun yoxdur. O, problemləri həll etmək istəmir, yalnız ordunun təməllərini dağıtmaqla məşğuldur”, – Arqişti Kiviryan bildirib.
O, qeyd edib ki, Paşinyanın sözlərinə zidd olan başqa bəyanatlar da var.
"Məsələn, bölük komandiri deyir ki, orada ümumiyyətlə benzin olmayıb, bunu yaralanan hərbçilərdən biri də təsdiqləyib. Bu versiya araşdırılmalı idi. Paşinyan isə hadisə yerinə öz versiyası üzrə istintaq orqanını göndərib. Hüquq-mühafizə orqanları yalnız bu versiya üzərində işləyəcəklər. Hazırkı hakimiyyətin dövründə erməni xalqı daim kədər içində yaşayır”, - deyə ekspert yekunlaşdırıb.
Bizim.Media
- A-
- A
- A+
Region
17:38 / 25.01.2023
Paşinyanın son məqsədi ordunu dağıtmaqdır – Erməni politoloq
Hazırda oxunan: Paşinyanın son məqsədi ordunu dağıtmaqdır – Erməni politoloq
Hazırda oxunan: Paşinyanın son məqsədi ordunu dağıtmaqdır – Erməni politoloq
116647
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.