Vəzifə kürsüsündə vəfat etmiş yüksək post tutan MƏMURLAR – SİYAHI

Hazırda oxunan: Vəzifə kürsüsündə vəfat etmiş yüksək post tutan MƏMURLAR – SİYAHI

116643

Ölümün insanı harada və neçə yaşında yaxalayacağı bəlli olmur. Eyni zamanda insanın sosial və inzibati statusunun da ölüm qarşısında elə bir önəmi qalmır. 

Azərbaycanda da bir sıra yüksək vəzifəli məmurlar var ki, ömürlərinin sonuna qədər öz vəzifələrini icra ediblər. Onlar elə vəzifədə olduqları vaxtda dünyadan köçüblər.

Bizim.Media vəzifədə olarkən dünyasını dəyişən yüksək vəzifəli məmurları araşdırıb.

Yavər Camalov

1949-cu ildə anadan olan Yavər Camalov 2006-2018-ci illərdə müdafiə sənayesi naziri olub. Yavər Camalov 16 oktyabr 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamına əsasən ölkənin iqtisadi inkişafındakı xidmətlərinə görə Şöhrət ordeni ilə təltif edilib. Lakin ömrünün sonun yaxın səhhətində yaranan problemlər səbəbindən İsrailə gedib və iyunun 23-də 68 yaşında dünyasını dəyişib.

Azad Rəhimov

2005-2021-ci illərdə gənclər və idman naziri olmuş Azad Rəhimov da ömrünün son aylarını xəstəliklə mübarizə aparıb. O, 2021-ci ilin yanvar ayından ağciyər xərçəngindən və qaraciyər serozundan müalicə alırdı.  Azad Rəhimov, 30 aprel 2021-ci ildə ABŞ-ın Nyu-York şəhərində müalicə aldığı xəstəxanaların birində 57 yaşında dünyasını dəyişib.

Natiq Əliyev

Vəzifədə ikən dünyadan köçmüş digər nazir isə Natiq Əliyevdir. O, 1993–2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, 2005–2013-cü illərdə isə Azərbaycan Respublikasının Sənaye və Energetika naziri olub. Həmi ildən, vəfat ediyi 2017-ci ilə qədər Natiq Əliyev Azərbaycan Respublikasının Energetika naziri vəzifəsində çalışıb. Natiq Əliyev 2017-ci il iyunun 8-i Türkiyənin İstanbul şəhərində müalicə olunduğu xəstəxanada ömrünün 69-cu ilində vəfat edib.

Fəttah Heydərov

1983-1990-cı illərdə Naxçıvan MSSR, 1990-1995-ci illərdə Naxçıvan MR-in mədəniyyət naziri olmuş Fəttah Heydərov, 1995-ci ildən vəfat etdiyi 2020-ci ilədək Milli Məclisin deputatı olub. O, həm də Hesablayıcı Komissiyanın, eləcə də Ağsaqqallar Şurasının sədri idi. Fəttah Heydərov 2020-ci ilin avqustunda 82 yaşında dünyasını dəyişib.

Abbas Ələsgərov

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Abbas Ələsgərov da vəzifədə olarkən dünyasını dəyişənlərdəndir. O, 2007-2018-ci illərdə müvafiq komitəyə sədrlik edib. Azərbaycan Respublikasının əməkdar memarı olan Abbas Ələsgərov 80 yaşında vəfat edib.

Arif Vəliyev

Arif Vəliyev 1993-cü ildə 2014-cü ilə qədər Dövlət Statistika Komitəsinin sədri olub. O, fəaliyyətinə görə bir sıra ali mükafatlarla, eləcə də “Şöhrət” ordeni ilə təltif olunub. 21 il boyunca DSK-ya rəhbərlik edən Arif Vəliyev də uzun sürən xəstəlikdən sonra 71 yaşında həyata gözlərini əbədi yumub.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin