Ukraynadan Soledarla bağlı etiraf - "Rusiyanın nəzarətindədir"

Hazırda oxunan: Ukraynadan Soledarla bağlı etiraf - "Rusiyanın nəzarətindədir"

116641

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Soledar şəhərinin Rusiya ordusunun nəzarəti altına keçməsini təsdiq edib.

Bizim.Media “Frans Press” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin nümayəndəsi Sergey Çerevatov açıqlayıb.

Onun sözlərinə görə, ukraynalı hərbçilər aylarla davam edən çətin döyüşlərdən sonra Soledardan çıxıb.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi yanvarın 12-si ölkə qoşunlarının Soledar şəhərinə nəzarəti ələ keçirdiyini açıqlayıb. Bunun ardınca, Ukrayna tərəfi sözügedən məlumatı təkzib edərək, şəhərdə döyüşlərin getdiyini bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin