"Uşaqlarda ürək qüsurları ilkin vaxtlarda ananın ayıq-sayıqlığı ilə də müəyyən oluna bilər".
Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı, həkim-kardioloq Sevinc Nəsirova deyib:
"Kiçik ürək qüsuru ilə doğulan uşaqlarda bu, ilk yaşlarda özünü büruzə vermir. Böyük qüsur olduğu təqdirdə isə uşaqda təngnəfəslik, ilk dövrlərdə əmizdirilərkən uşaqda buna həvəssizlik, ağız ətrafında göyərmə kimi əlamətlərlə özünü göstərir. Bir az böyüdükdən sonra isə həmyaşıdlarından geri qaldığı görülür. Buna görə, analar ayıq-sayıq olmalı, profilaktik olaraq pediatrik kardioloqa müraciət etməlidirlər".
Aləmdə Nəsib, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:26 / 25.01.2023
Uşaqlarda ürək qüsurlarının olması özünü bu əlamətlərlə göstərir
Hazırda oxunan: Uşaqlarda ürək qüsurlarının olması özünü bu əlamətlərlə göstərir
Hazırda oxunan: Uşaqlarda ürək qüsurlarının olması özünü bu əlamətlərlə göstərir
116636
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.