Vaşinqtonda Ermənistan Xarici İşlər Naziri Zohrab Mnatsakanyan ilə ABŞ Dövlət Katibi Mike Pompeo arasındakı görüş sona çatıb.
Bizim.Media Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Danışıqların əsas mövzusu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olub.
ABŞ Dövlət Katibi atəşkəsə dair əldə edilmiş razılaşmaların həyata keçirilməsinin önəmini vurğulayıb. O, həmçinin ATƏT-in Minsk qrupu həmsədrləri çərçivəsində sülh prosesinin davam etdirilməsinin vacibliyini təsdiqləyib.
Bizim.Media