"Çeçenistan lideri Ramzan Kadırov başıma 500 min dollar təyin edib".
Bizim.Media xəbər verir ki, bu fikirləri hazırda Ukraynanın Xerson, Baxmut və Zaporojye istiqamətlərində döyüşən “Turan” Türk batalyonunun komandiri Almaz Kudabek səsləndirib.
O, həmçinin bölməsi haqqında məlumat verib:
"İndi Turan batalyonunda 6 müxtəlif millətlərin nümayəndələrindən ibarət 600 nəfər təmsil olunur. Bizi birincisi, Kremlə olan nifrət, ikincisi danışdığımız dil birləşdirir. Biz tərcüməçisiz bir-birimizi başa düşürk. İstər o şəxs azərbaycanlı, türk, uyğur, tatar və ya qazax olsun.
Döyüşçülərimiz ən qaynar istiqamətlərdə (Xerson, Baxmut, Zaporojye) mövqe tutur. Həm də düşmən ərazisində bir çox təxribat tapşırıqlarını yerinə yetirirlər”.
Komandir Ramzan Kadırovla olan münasibətindən də söz açıb:
“İnstagramda sərt şəkildə Kadırova müraiət etdim. O da mənim başım üçün 50 min dollar təyin etdi. “Turan”a komandirlik etdiyim dövrdə bu məbləğ 500 min dollara yüksəldi. Rusiya Federasiyasında məni ölüm hökmü, Qırğızıstanda isə ömürlük həbs gözləyir. Məxfi xidmətlər hələ də dostlarımı dindirirlər, onlar məndən xahiş edirlər ki, təslim olum. Ancaq sonadək getməyə qərar verdim”.
Xatırladaq ki, “Turan” Türk batalyonu Ukraynada ötən ilin noyabrında yaradılıb. Batalyonun komandiri Qırğızıstan Respublikasının vətəndaşı Almaz Kudabekdir. O, fevralın 24-dən Ukraynada döyüşür.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:33 / 25.01.2023
“Kadırov başıma 500 min dollar təyin edib” – Ukraynada döyüşən “Turan” Türk batalyonunun komandiri
Hazırda oxunan: “Kadırov başıma 500 min dollar təyin edib” – Ukraynada döyüşən “Turan” Türk batalyonunun komandiri
Hazırda oxunan: “Kadırov başıma 500 min dollar təyin edib” – Ukraynada döyüşən “Turan” Türk batalyonunun komandiri
116553
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.