Azərbaycanda ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payı artıb

Hazırda oxunan: Azərbaycanda ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payı artıb

116552

2021-ci illə müqayisədə ötən il ÜDM-in tərkibində qeyri-neft-qaz sektoru üzrə bir sıra sahələrdə əhəmiyyətli artım qeydə alınıb.

Bizim.Media məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, bu dinamika turistlərin yerləşdirilməsi və ictimai iaşədə 58,2%, nəqliyyat və anbar təsərrüfatında 23,2%, informasiya və rabitədə 14,8%, tikintidə isə 13,4% təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda ÜDM 2021-ci ilə nisbətən 4,6% artaraq 133 mlrd. 825,8 mln. manat, qeyri-neft-qaz sektorunda isə 9,1% artaraq 69 mlrd. 826 mln. manat təşkil edib.
Dünya Bankının 2023-cü il üçün “Qlobal İqtisadi Perspektivlər” hesabatına əsasən Azərbaycan üzrə verilən proqnozlarda real ÜDM-nin artım tempi müsbət olaraq qalır. 2023-cü ildə Azərbaycan iqtisadiyyatında artım dünya ilə müqayisədə 1.1%, ECA regionu ilə müqayisədə isə 2.7% daha yüksək olacaqdır.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin