Britaniya taxt-tacı “Twitter”i məhkəməyə verdi – İCARƏ HAQQINI ÖDƏMİR

Hazırda oxunan: Britaniya taxt-tacı “Twitter”i məhkəməyə verdi – İCARƏ HAQQINI ÖDƏMİR

116528

Britaniya taxt-tacının əmlakını idarə edən “The Crown Estate” şirkəti Twitter-i icarə haqqına görə məhkəməyə verib.

Bizim.Media ingilis mətbuatına istinadən xəbər verir ki, bu, son həftələrdə Twitter-in icarə haqqını ödəmədiyi iddiası ilə məhkəməyə verildiyi bir çox hallardan biridir.

Yüksək Məhkəmənin iddiasına görə, Twitter “The Crown Estate”ə icarə haqqını ödəməkdən imtina edir.

Söhbət Londonun Piccadilly Circus yaxınlığındakı ofisdən gedir.

Şirkətin mətbuat katibi kirayə haqqı ilə bağlı daha əvvəl sosial şəbəkə ilə əlaqə saxladığını və hazırda oradakı səlahiyyətlilərlə danışıqlar apardığını bildirib.

Borcun 5,5 milyon funt sterlinq olduğu deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin