ABŞ-ın məşhur “Mayo” klinikasının Klinik Damar və Müdaxilə Radiologi Bölməsinin professoru, Minimal İnvaziv Laboratoriyasının direktoru və qurucusu Dr. Rahmi Öklünün rəhbərlik etdiyi qrup xərçəng toxumasını məhv edən yeni ion maye (maye duz) formulası hazırlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumat “cnnturk.com” nəşrində yer alıb.
MÖVZU İLƏ BAĞLI:
Bağırsaqlarda köp hansı xəstəliyin əlamətidir? - TƏCİLİ
“Hürriyet”ə açıqlama verən professor Rahmi Öklü xərçəng müalicəsində ən böyük problemin dərmanın şişə necə çatdırılmasıdır.
"Yalnız ultrasəs və iynələrə ehtiyac var" deyən professor əlavə edib ki, müalicə üsulunda dərman birbaşa şişə çatır və onu məhv edir.
O, həddindən artıq dozaya ehtiyac olmadığını vurğulayıb. Dr. Öklü bildirib ki, dərman şişin üzərində 28 gün qalmalıdır.
O, metodunu belə izah edib:
“Bunu ultrasəs altında daxil edə bilərsiniz. Bu zaman isə bahalı avadanlığa ehtiyac yoxdur. Yalnız ultrasəs və iynə lazımdır”.
Harvard Universitetinin Mühəndislik və Tətbiqi Elmlər fakültəsinin veb səhifəsi elmi kəşfi xərçənglə mübarizədə əhəmiyyətli bir tapıntı adlandırıb.
“Bu ixtira qaraciyər nəqli gözləyən xəstələr üçün də yeni bir ümid deməkdir. Xərçəng dərmanlarının uzun müddət şişə çatmasının qarşısını alan problem həll edilmiş olur”. Məqalədə belə deyilir.
Bizim.Media