Ayseldən evlənib, boşanma xəbərinə REAKSİYA - VİDEO

Hazırda oxunan: Ayseldən evlənib, boşanma xəbərinə REAKSİYA - VİDEO

116406

Bir müddət əvvəl müğənni Sevinc Ağaşirinova həmkarı Aysel Əlizadənin pandemiya müddətində Türkiyədə ərə gedib, boşandığını açıqlamışdı. 

Bizim.Media xəbər verir ki, Aysel haqqında yayılan məlumatlara “MTV maqazin” verilişində cavab verib. 

Sənətçi bildirib ki, haqqında yayılan evlənib, boşanma xəbərlərin heç bir əsası yoxdur:

“Haqqımda xəbərlər çıxır. Məni evləndirib, boşandırırlar. Bir çox məsələləri mənim üstümə atırlar. Bacardığım qədər bu mövzularda susuram. Nə isə saqqız kimi çeynəmək lazım deyil. Babal yumaq, haqqa girmək doğru deyil. Mənimlə də bağlı bu xəbərlər yalandır! Təsdiqini tapmayan xəbərlər, gərəksiz mövzulardır. Haqq, ədalət deyilən bir şey var. Qalmaqallardan uzaq insanam. Amma qalmaqallar gəlib, məni tapır”.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin