Laçın-Xankəndi yolu ilə yüzlərlə avtomobilin keçidi göstərir ki, Ermənistan tərəfinin dünyaya car çəkdiyi kimi Azərbaycanın “blokadası” mifdir.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “Financial Times”da (FT) Laçın-Xankəndi yolu ilə bağlı dərc olunan məqaləyə münasibət bildirərkən səsləndirib.
O, həmin məqaləyə cavab olaraq belə deyib:
“Müəlliflər rus-erməni oliqarx Ruben Vardanyanın rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki vəziyyətə və Ermənistanın işğalçılıq prosesinə mənfi təsirini düzgün vurğulayırlar.
Ancaq Ermənistan rəsmi olaraq götürdüyü öhdəliklərə zidd olaraq Laçın-Xankəndi yolu ilə ətraf mühiti real şəkildə məhv edir, mina və silahlar keçirir. Azərbaycan ictimaiyyəti isə bununla bağlı etirazlarını ifadə edir. Məqalədə məhz bu həqiqət diqqətdən yayındırılıb”.
“Xatırladaq ki, 1988-ci ildə Azərbaycanda milli azadlıq hərəkatı məhz Şuşa şəhəri yaxınlığındakı Topxana meşəsinin mühafizəsi tələbi ilə başlayıb. Qarabağın təbiətinə qayğı yeni deyil. Xankəndidəki separatçılara ünvanlanmalı olan sual ondan ibarətdir ki, niyə yerli ermənilərin Ermənistana getməsinə mane olurlar", - Süleymanov bildirib.
“FT-nin məqaləsi təsdiq edir ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış hissəsidir. Hətta Ermənistan bu yaxınlarda beynəlxalq sənədlər əsasında Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan etdi.
Qafqazda davamlı sülhü təmin etmək üçün hərtərəfli razılaşma ilə irəliləmək həm erməni, həm də Azərbaycan xalqlarının mənafeyinə uyğun olardı”, deyə səfir yekunlaşdırıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:18 / 24.01.2023
Laçın-Xankəndi yolunun "blokadası" mifdir - Elin Süleymanov
Hazırda oxunan: Laçın-Xankəndi yolunun "blokadası" mifdir - Elin Süleymanov
Hazırda oxunan: Laçın-Xankəndi yolunun "blokadası" mifdir - Elin Süleymanov
116387
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.