Təqaüd artımının təhsilə və tələbələrin sosial rifahına təsirləri

Hazırda oxunan: Təqaüd artımının təhsilə və tələbələrin sosial rifahına təsirləri

116317

Prezident İlham Əliyev yeni sosial islahat çərçivəsində sosial müavinətlər, təqaüdlər, maaşların artımı ilə bağlı bir sıra sərəncam və fərmanlar imzalayıb.

Yeni sosial islahat çərçivəsində 2023-cü il yanvarın 1-dən ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 275 manata çatdırılıb. Bununla yanaşı tələbələrində təqaüdlərində artım olub.

Bəs tələbə təaqüdlərin artırılması təhsilə və onların həyat şəraitinə necə təsir göstərəcək.

Bizim.Media xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov məsələ ilə bağlı trend.az-ın suallarını cavablandırarkən qeyd edib.

O bildirib ki, dövlət başçısı tərəfindən ölkəmizdə elmlə təhsilin inteqrasiyasının təmin edilməsi, gənclərin təhsilə, elmə, intellektual fəaliyyətə cəlb edilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, tələbələrin maddi vəziyyətlərinin, sosial rifahının yaxşılaşdırılması, gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması istiqamətində qəbul edilən qərarlar ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir və gənc nəsildə elmə, tədqiqat işləri ilə məşğul olmağa marağın yaranmasında əhəmiyyətli rol oynayır.

“Tələbə təqaüdlərinin əsaslı şəkildə artırılması ali məktəblərdə tələbələr arasında daha yüksək nəticələr göstərmək istiqamətində motivasiyanı gücləndirəcək. Biz ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərən İctimai Nəzarət Şuralarının işində iştirakımız zamanı daha yüksək təqaüd almaq uğrunda tələbələrin çalışqanlığının intensivləşməsi hallarına tez-tez rast gəlirik.
Bu bizləri çox sevindirir. Eyni zamanda müəllimlərin də üzərinə daha keyfiyyətli dərs keçmək məsuliyyətini qoyur.

Bilirik ki, obyektiv və subyektiv səbəblərdən əksər ali məktəblərin yataqxanaları yoxdur. Və tələbələrin böyük qismi kirayədə yaşayır. Bu addım, düşünürəm ki, onların yaşayış xərcləri üçün də yardımçı olacaq.

Elmlər doktoru hazırlığı üzrə təqaüdün 400 manat müəyyənləşdirilməsi o deməkdir ki, onların təqaüdü AMEA-nın elmi işçiləri səviyyəsinə çatdırılıb. Bu onların elmi tədqiqatlara daha dərindən maraq göstərməsinə səbəb olacaq.

Son dövrlər gənclərin elmə marağının güclənməsini görürük. Əlbəttə ki, bu marağın artmasının maddi tərəfi olduqca əhəmiyyətlidir. Ölkədə təhsil sahəsində aparılan islahatlar təhsilin pillələrinin inteqrasiyasını da nəzərdə tutur.

Orta ixtisas təhsili məktəblərinin ali təhsil müəssisələrinin nəzdində fəaliyyəti həm də təhsilin bu pilləsində oxuyan tələbələrin maddi şəraitinin yaxşılaşdırılmasını tələb edirdi. Orta ixtisas təhsili pilləsində təhsil alan tələbələrin təqaüdlərinin artırılması təhsilin bu pilləsinə olan diqqətin təcəssümüdür və şübhəsiz ki, bu pillədə də canlanmanın şahidi olacağıq”, – deyə o vurğulayıb.

Ekspert həmçinin bildirib ki, təqaüdlərin əsaslı şəkildə artırılması təhsillə elmin vəhdətinə də təsirsiz ötüşməyəcək.

“Yüksək nəticə göstərən ali məktəb tələbələrinin elmə marağı artacaq, şəffaflıq və ədalət prisipləri güclənəcək, keyfiyyətli təhsilə olan təlabat artacaq.

Təqaüdlərin artırılması ölkədə elmə və təhsilə verilən dəyərin bariz nümunəsidir”, – deyə o əlavə edib.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Trend-ə açıqlamasında qeyd edib ki, təaqüdlərdə artımın olması ölkə başçısının təhsil alan gənclərə qayğısının növbəti təzahürüdür.
“Bu artımlar digər tərəfdən tələbələrin maddi vəziyyətinin yaxşılmasına hədəflənən tədbirlər kimi xarkaterizə olunur. Tələbələr nə qədər yaxşı oxuyacaqlarsa, akademik göstəricilər nə qədər yüksək olacaqsa, artımlar da bir o qədər yüksək olacaq.

Bu sərəncam və fərmanların mühim tərəflərindən biri də odur ki, yalnız dövlət sifarişi ilə yox, özəl ali təhsil müəssilərində yaxşı oxuyan tələbələrdə təaqüdləri ala biləcək. Bu tələbələri böyük əzmlə oxumağa motivasiya edən qərardır. Dövlətimizin təhsil alan gənclərə qayğısı davamlı ardıcıl və məqsədlidir”, – deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin