Ned Prays: “Türkiyə və İsveçin arasını vurmağa cəhd ediblər” - VİDEO

Hazırda oxunan: Ned Prays: “Türkiyə və İsveçin arasını vurmağa cəhd ediblər” - VİDEO

116313

ABŞ-nin Dövlət Departamenti İsveçin paytaxtı Stokholmda Türkiyə səfirliyinin qarşısında müsəlmanların müqəddəs kitabı olan Quranın yandırılmasını şərh edib.

Bizim.Media xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sözçüsü Ned Prays brifinqdə danışıb.

Qurum məsələyə Türkiyə-İsveç münasibətlərinə xələl gətirilməsi, eyni zamanda İsveç və Finlandiyanın NATO-ya daxil olmasına əngəl yaradılması prizmasından yanaşıb.

“Bu, təxribatçı biri idi, ola bilsin bilərəkdən iki yaxın tərəfdaşımız Türkiyə və İsveçin arasını vurmağa cəhd göstərib, ola bilsin İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı davam edən danışıqları qəsdən çətinləşdirməyə can atıb”, - Prays vurğulayıb.

Hərçənd, məlum aksiyanın təşkilinə icazə verən məhz İsveç hökuməti olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin