Teleaparıcı mükafatlandırma mərasimində təsadüfən özünü YANDIRDI - VİDEO

Hazırda oxunan: Teleaparıcı mükafatlandırma mərasimində təsadüfən özünü YANDIRDI - VİDEO

116312

Belçikanın “Ketnet”  televiziya kanalının uşaq tədbirlərinin təşkilinə görə mükafatlandırma mərasimi gözlənilməz populyarlıq qazanıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, veriliş aparıcının “alovlanması”  ilə qeydə alınan epizod sayəsində məşhurlaşıb.

Rejissorun ideyasına görə, Maurin Vanerbergen nominasiyada qalibin adı yazılmış şarda alov qurğusu ilə atəş açmalı idi. Qadın nişan alıb, ancaq topu yox, öz çiynini yandırıb.

Məlum olub ki, o, təhlükəli cihazı yanlış tərəfdə tutub. Xoşbəxtlikdən həmkarları tez reaksiya veriblər və alovun söndürülməsinə kömək ediblər. Belçikalı teleaparıcının paltarı və saçı zədələnib.

Maurin özü heç də təəccüblənməyib və aparıcılığına davam edib. Tamaşaçıların və tərəfdaşının təəccübünə görə, o, yenidən alov qurğusunu götürməkdən qorxmayıb. Aparıcı ehtiyatla şoumenə eynək taxmağı tövsiyə edib. İkinci cəhd isə uğurlu alınıb.
İnternet istifadəçiləri güman edirlər ki, Maurin diqqətsizlik üzündən səhv etməyib, sadəcə olaraq bütün bunlar səhnələşdirilib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin