İrandan kənarda yaşayan 41 tanınmış siyasətçi və alim Tehran rejiminin BMT-dəki nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması tələbi ilə 11 Qərb ölkəsinə müraciət məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Telegram kanallarında yer alıb.
Mənbə yazır ki, müraciətçilər Qərb ölkələrinin rəhbərlərindən İran nümayəndə heyətinin fəaliyyətinin dayandırılması üçün BMT-dəki səfirlərinə göstəriş vermələrini istəyiblər.
“İran hakimiyyətinin narazılara qarşı repressiyalarını, beynəlxalq öhdəliklərinə əməl etməməsini, Baş Assambleyanın daxili nizamnaməsinə və prosedur qaydalarına istinad edərək, BMT-nin məqsədlərinə etinasız yanaşdığı səbəbindən İran nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılmasını tələb edirik”, - müraciətdə bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:38 / 23.01.2023
İran BMT-dən xaric ediləcək? - 11 Qərb ölkəsinə müraciət edildi
Hazırda oxunan: İran BMT-dən xaric ediləcək? - 11 Qərb ölkəsinə müraciət edildi
Hazırda oxunan: İran BMT-dən xaric ediləcək? - 11 Qərb ölkəsinə müraciət edildi
116251
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.