Zərdabda 32 yaşlı gənc məktəb direktoru dünyasını dəyişib.
Bu barədə Bizim.Media-nın Aran bürosuna Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşı Rüstəm Aslanov xəbər verib.
O bildirib ki, rayonun Otmanoba kənd ümumi orta məktəbin direktoru Zeynəb Bədəlova beynində olan şiş səbəbindən əməliyyat olunub, amma əməliyyatdan sonra komadan ayılmayıb və vəfat edib.
Qeyd edək ki, mərhum 1990-cı il təvəllüdlüdür. Onun ölümünə səbəb beynində şiş olmasıdır.
Gənc direktor ailəli olub və iki azyaşlı övladı var.
Zeynəb Bədəlova Dəkkəoba kəndindəndir və 29 sentyabr 2021-cil ildən Otmanoba kənd ümumi orta məktəbində direktor vəzifəsində çalışırdı. Allah rəhmət eləsin.
Aqil Əsədov, Bizim.Media