"Haqsız rəqabətə yol açan hallara son qoyulmalıdır" - Mikayıl Cabbarov

Hazırda oxunan: "Haqsız rəqabətə yol açan hallara son qoyulmalıdır" - Mikayıl Cabbarov

11621

“Üçüncü biznes mühiti yaxşılaşdırılmalı, xüsusilə orta sahibkarların imkanları daha da genişlənməlidir. Belə demək olarsa, əl-qolu tam açılmalıdır”.

Bizim.Media xəbər verir ki, bunu “Postpandemiya dövründə vergi sistemi” konfransında çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Mikayıl Cabbarov bir sıra dövlət şirkətlərini tənqid etdi: “Pis fəaliyyət göstərirlər”


Onun sözlərinə görə, kiçik və orta biznesin ÜDM-in formalaşmasında dominant mövqeyinə nail olunması nəzərdə tutulur: 

“Kiçik və Orta biznesin inkişafı Agentliyinin (KOB) dövlət satınalmalarında iştirakı təşviq edilməli, onlar dövlət sifarişlərinə daha çox cəlb edilməlidir.

Haqsız rəqabətə yol açan hallara son qoyulmalıdır. Bunun üçün institutsional islahatlar və yeni qanunvericilik təşəbbüsləri həyata keçiriləcək.

Nazir qeyd edib ki, sahibkarların maliyyələşməyə çıxış imkanları genişləndirilməlidir:

“Biznesin təşviqi alətlərinə biz yenidən baxmağa hazırlaşırıq. Dövlətin yanaşması belədir ki, təşviq mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır və priroritet sahələr üzrə təşviqedici vergi siyasətinə üstünlük veriləcək”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin