Azərbaycan ötən il 1 milyard manata yaxın borc alıb

Hazırda oxunan: Azərbaycan ötən il 1 milyard manata yaxın borc alıb

116198

2022-ci ildə Azərbaycanda daxili və xarici borclanma 976,3 milyon manat təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu, 2021-ci illə müqayisədə 75,1 % çoxdur.

Borclanma dövlət büdcəsinin kəsirinin bir hissəsini aradan qaldırmaq məqsədi daşıyıb.

Ümumi məbləği 1 402,8 milyon manat olmuş kəsir həm də imzalanmış layihələr üzrə xaricdən cəlb edilən kreditlər (259,7 milyon manat), dövlət əmlakının özəlləşdirməsindən (115,4 milyon manat) daxil olan vəsait, dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı (51,4 milyon manat) hesabına maliyyələşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin