“Şlyapa Zahid”lə birgə hərbçilərdən rüşvət alan gizir cinayət məsuliyyətinə cəlb olundu

Hazırda oxunan: “Şlyapa Zahid”lə birgə hərbçilərdən rüşvət alan gizir cinayət məsuliyyətinə cəlb olundu

116196

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyevlə birgə N saylı hərbi-hissədə gizir kimi xidmət etmiş Elsevər Niftəliyev də cinayət məsuliyyətinə cəlb olunub.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Elsevər Niftəliyev Zahid Niftəliyevin sifarişi ilə ayrı-ayrı hərbi qulluqçuların xidmət yerinin dəyişdirilməsi və ya ordu sıralarından ehtiyata buraxılmasını təşkil etməyə görə müxtəlif məbləğlərdə rüşvət alıb.

İttihama görə, keçmiş gizir ümumilikdə 21 min manat pulu rüşvət şəklində əldə edib.

Elsevər Niftəliyevə qarşı Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Onun barəsində istintaq dövründə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Bir müddət əvvəl iş üzrə ibtidai istintaq başa çatıb. Elsevər Niftəliyev Tərtər Hərbi Məhkəməsində Zahid Niftəliyevlə birgə mühakimə olunacaq.

Qeyd edək ki, Elsevər Niftəliyev 2019-cu ildə dələduzluq və rüşvət verməyə təhrik etməyə görə cinayət məsuliyyətinə cəlb olunub. Bakı Hərbi Məhkəməsi onu 2 min manat cərimə cəzasına məhkum edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin