Talassemiyadan əziyyət çəkən xəstələr üçün qanvermə aksiyası keçirilib - FOTO

Hazırda oxunan: Talassemiyadan əziyyət çəkən xəstələr üçün qanvermə aksiyası keçirilib - FOTO

116176

Kürdəmirdə  qanvermə aksiyası keçirilib. Aksiya Respublika Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin və Kürdəmir rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, səhər saatlarından başlayaraq artıq Respublika Hematologiya Transfuziologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Mərkəzi Qan Bankının əməkdaşları rayon sakinlərindən qan nümunələri götürməyə başlayıblar.

Qanvermə aksiyası Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin inzibati binasında təşkil olunub.

Təşkil olunan aksiyada rayon ictimaiyyətinin müəssisə, təşkilat, təhsil və  mədəniyyət idarələrinin nümayəndələri iştirak ediblər. 

Aksiyanın keçirilməsində əsas məqsəd ölkədə qan xəstəliyindən, eləcə də talassemiya xəstəliyindən əziyyət çəkən insanlara yardım etməkdən ibarətdir. 

Gün ərzində davam edəcək aksiyada 200 nəfərdən artıq insanın qan verməsi nəzərdə tutulur. Hazırki vəziyyətə qədər artıq 100-yaxın rayon sakini könüllü olaraq qanvermə aksiyasında iştirak edib.
Qeyd edək ki, qanvermə aksiyasında rayon sakinləri fəallıq nümayiş etdirirlər və bu aksiyanın günün sonuna qədər davam etdiriləcəyi bildirilir. 


Aqil Əsədov, Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin