Sonuncu dəfə Tünzalə xanımla "Bizimləsən" verilişində görüşmüşdüm. Çox ağır itkidir. Tünzalə xanım hər zaman bizim ürəyimizdə "Toppuş bacı" kimi qalacaq".
Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində aktrisa Çimnaz Sultanova deyib.
Əməkdar artist Tünzalə Əliyeva ilə vidalaşmaq üçün Heydər məscidinə gələn sənətçi mərhumla bağlı xatirələrini bölüşüb:
"Aktyorlar işləmirlər, onlar teatrda xidmət edirlər. Səhnəyə çıxmamağın bir tək səbəbi ölümdür. Tünzalə cəsarətli xanım idi. O cəsarətlə də bu xəstəliklə mübarizə aparırdı. Allah rəhmət eləsin. Bu xanım hər zaman bizi güldürüb, sevinc bəxş edib. Amma o, bu gün bizi ağladır".
Rəşad Əliyev, Bizim.Media