Tünzalə Əliyevanın bacısı: “Son sözünü eşidə bilmədik” – FOTO 

Hazırda oxunan: Tünzalə Əliyevanın bacısı: “Son sözünü eşidə bilmədik” – FOTO 

116139

"Tünzalənin yanında bir həftə bacısı qaldı. O, danışa bilmirdi. Səsi çıxmırdı. Dünyasını dəyişməzdən əvvəl vəziyyəti ağırlaşdı. Bu səbəbdən reanimasiyaya qaldırdılar. Onlar da xəstəxanada qalmayıblar ki, gedək səhər gələrik. Tünzalənin son sözünü eşidə bilmədik. Bacım xəstəxanaya gələndə, həkim dedi ki, Tünzalənin ürəyi dayanıb".

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində ötən gün Milli Onkologiya Mərkəzində saat 12 radələrindən xərçəngdən dünyasını dəyişən aktrisa, Əməkdar artist Tünzalə Əliyevanın bacısı Zülfiyyə xanım deyib.

Aktrisanın bacısı vurğulayıb ki, o, ölümündən əvvəl fiziki məhdud insanlardan ibarət kiçik teatr truppası yaratmaq istəyib:

"Səsi tutulanda dedi ki, səsim getdi. Bir aktrisa üçün səsini batması dəhşətdir. Ona söylədik ki, bəlkə vurulan iynələrdəndir, səsin bir müddət sonra açılar. Söylədi ki, yox açılmayacaq. Qoy sağalım, özümə truppa yaradacağam. Orada fiziki məhdud insanlar olacaq. Ümüdlə yaşayırdı. Yaşamaq istəyirdi. Amma yaşamaq ona qisçət olmadı".

Zülfiyyə xanım bacısı qızı Zəhranın anasının ölümündən hələ də bixəbər olduğunu söyləyib:

"Qızı Zəhranın anasının dünyasını dəyişməsindən xəbəri yoxdur. O bilir ki, anası xəstədir və müalicə almaq üçün xəstəxanadadır. Bizi gördü sevindi. Amma xala nə etsin? Biz ona heç nə deyə bilmirik. Bir az başımız açılsın, yəqin atası Röyal özü onunla danışıb, deyəcək"

O, Əməkdar artistin həyat yoldaşı Röyal bəyin hadisədən şokda olduğunu bildirib:

"Röyalın vəziyyəti də yaxşı deyil. Şok vəziyyətindədir. O, gah danışır, gah gülür, gah ağlayır. Tünzalənin yoxluğunu qəbul edə bilmir".

Mərhumun bacısı atalarının vəziyyətinin ağır olması ilə əlaqədar, dəfndə iştirak etməyəcəyini açıqlayıb:

"Atamızı qoymadım bu gün gəlməyə. Onun da vəziyyəti ağırdır. O şəkər xəstəsidir, təzyiqi var. Bəlkə heç dəfində iştirak etməyəcək. Məsləhətləşdik, qərar verdik ku, evdə qalsın".












Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin