Aktrisa Sonaxanım: "Tünzalə çəkilişdə altı ay sonra öləcəyini deyirdi" - ÖZƏL

Hazırda oxunan: Aktrisa Sonaxanım: "Tünzalə çəkilişdə altı ay sonra öləcəyini deyirdi" - ÖZƏL

116103

"Bacısı Zülfiyyə bizə deyir ki, Tünzalə ölümdən çox qorxurdu. Amma daima üzü gülürdü. Onun Allahdan yeganə istəyi yaşamaq üçün möhlət idi ki, gözünün bəbəyi olan yeganə qızı Zəhranı böyüdüb, başa çatdırsın. Amma bu Tünzaləyə qismət olmadı. 50 yaş nə yaşdır ki..."

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində aktrisa Sonaxanım Əliyeva deyib.

O, həmkarı Tünzalə Əliyeva ilə bağlı xatirələrini bölüşüb.

"Onun ölüm xəbəri mənə çox pis təsir etdi. Sarsılmışam! Heç ağlımdan keçməzdi ki, onu biz son mənzilə yola salacağıq. Həyat sevər bir xanım idi. Bilirsiniz ki, Tünzalə "Qaratikan" serialında "Qaragilə" obrazını canlandırırdı. Serialın heyəti ilə söhbət edərkən demişdi ki, yaşamağıma altı ay qalıb. Amma o heç altı ay da yaşamadı (ağlayır). Daha sonra "ağıllı dərmanlar" vurdurdu, səhhəti pisləşdi. Öncə səsi batdı, sonra da ayaqları tutuldu, seriala çəkilə bilmədi. Onun obrazını mənə təklif etdilər. Mən "7 canlı" verilişi vasitəsi ilə Tünzalədən bu rolun halallığını istədim.

Tünzalə bu obrazı mənim oynamağıma çox sevindi, halallıq verdi. İnanın, ondan sonra bu obrazı canlandırmaq çox ağrılıdır.

O mənə bacı kimi idi. Hər zaman deyirdi, səni ona görə çox istəyirəm ki, mənim kimi əziyyətlə, istedadın, bacarığın, heç kimin köməyi olmadan bu sənətə gəldin. Onun bu sözləri heç zaman yadımdan çıxmayacaq. Tünzalə çox gözəl insan idi. Heç zaman heç kimin malında, pulunda gözü olmayıb. Hər zaman şükür edirdi. Çalışırdı hamıya kömək, yardım etsin.

Onun qəlbinin nə qədər təmiz və pak olduğundan bir çox sənət nümayəndələri xəbərdar idi. Heç dilimə belə gətirə bilmirəm ki, Tünzalə artıq yoxdur. Allah ona rəhmət eləsin", - deyə S.Əliyeva vurğulayıb.
Sonaxanım redaksiyamızın əməkdaşı ilə kiçik müsahibəsi zamanı həmçinin əlavə edib ki, bu xəbəri eşidən şəhid anası Gəncədən Bakıya Heydər Məscidinə gəlib. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin