Ülviyyə Əliyeva: “Tünzalə Əliyevanın atasının Gəncədən gəlməyini gözləyirlər” - FOTO  

Hazırda oxunan: Ülviyyə Əliyeva: “Tünzalə Əliyevanın atasının Gəncədən gəlməyini gözləyirlər” - FOTO  

116060

Xəbər verdiyimiz kimi, uzun müddətdir xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva Milli Onkologiya Mərkəzində vəfat edib.

Bizim.Media-nın əməkdaşı Milli Onkologiya Mərkəzinə gəlib. 

Burada olan mərhumun həmkarı və yaxın rəfiqəsi Əməkdar artist Ülviyyə Əliyeva redaksiyamızın əməkdaşı ilə söhbətində bildirib ki, hazırda Tünzalənin nəşi morqdadır. 

"50 yaşlı Tünzalə Əliyeva saat 11:00-12:00 aralığında dünyasını dəyişib. Nəşi mərkəzdə olan morqa aparılıb. Onun bacısı və həyat yoldaşı mərkəzdədirlər. Atasının və bir sıra qohumlarının Gəncədən gəlməyini gözləyirlər. Onlar artıq yoldadırlar. Axşam saatlarında aktrisanın nəşi Heydər Məscidinə aparılacaq. Sabah isə oradan son mənzilə yola salınacaq və Bakıda dəfn olunacaq", - deyə Ü.Əliyeva vurğulayıb.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin