“Ermənistanın Azərbaycana qarşı torpaq iddiası puça çıxdı” - Rasim Musabəyov

Hazırda oxunan: “Ermənistanın Azərbaycana qarşı torpaq iddiası puça çıxdı” - Rasim Musabəyov

116059

Davos İqtisadi Forumu parçalanan dünyanın iqtisadi xəttini və nizamını özündə əks etdirir.

Hazırda dünyada və ətrafımızda gərgin hadisələr baş verir, ictimaiyyət bəzən üçüncü dünya müharibəsinin getdiyi qənaətindədir. Nəzərə almaq lazımdır ki, gərgin hadisələr, hətta parçalanma Azərbaycanın yaxlnlarında baş verir.

Dünyadan təcrid olunmuş iki əsas qüvvədən biri şimalımızda, digəri isə cənubumuzda yerləşir. Belə gərgin şəraitdə Azərbaycan uzaq Şərqlə Avropanı birləşdirən Orta Dəhliz məsələsini də öhdəsinə götürmüşük.
Ölkəmiz qonşularımızla münasibətləri korlamamaq və eyni zamanda, nəqliyyatla bağlı yeni missiyanı yerinə yetirmək üçün çalışır.

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov söyləyib.

Rusiyanın Avropanın enerji bazarından çıxarıldığını qeyd edən R.Musabəyov bunun Azərbaycan üçün geniş imkanlar açdığını diqqətə çatdırıb. Deputat bildirib ki, “Köhnı qitə”nin etibarlı və strateji tərəfdaşına çevrilən Azərbaycan mövqelərini gücləndirir. O qeyd edib ki, Azərbaycanın bu bazardan çıxarılması üçün şübhəsiz ki, təzyiqlər də olacaq.

R.Musabəyov bildirib ki, vaxtilə Orta Dəhliz layihəsindən söhbət düşəndə çoxları bunun səmərə verməyəcəyini deyirdi. Dünyada baş verən hadisələr fonunda hazırda demək olar hamının Orta Dəhlizə ehtiyacı yaranıb.
Ona görə çalışırıq ki, Ələt İqtisadi Zonasından daşımaların həcmini artıraq. Həmçinin Gürcüstandan da keçən dəmir yolları ilə daşımanın həcminin iki mərhələdə azı 5 milyon tona çatdırılması nəzərdə tutulur.

Qarabağ məsələsi ilə bağlı ölkəmizə qarşı təzyiqlərdən də danışan deputat deyib: “Ölkəmiz coğrafi cəhətdən çox əlverişli mövqedə yerləşir.

Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır və biz o torpaqları Zəfərimizlə işğaldan azad etmişik. Ölkəmiz beynəlxalq hüququn normaları çərçivəsində öz ərazi bütövlüyünü bərpa edib. Bu gün güc Azərbaycanın tərəfindədir.
İndi bir çoxları qara təbliğat və çirkin diplomatik yollarla bizə təzyiq göstərərək torpaqlarımızı əlimizdən almaq istəyirlər. Onlar heç nəyə nail ola bilməyəcəklər, Azərbaycanın iradəsi ilə hesablaşmağa məcbur olacaqlar".

Ermənilərin Qarabağ məsələsinin açıq qalmasına çalışdıqlarını söyləyən politoloq qeyd edib:

“Reallıq ondan ibarətdir ki, Ermənistanın Azərbaycana qarşı torpaq iddiası puça çıxdı. Qarabağ mövzusu artıq bağlanıb, geriyə isə sülh müqaviləsinin imzalanması qalır. Bizim azlıqların hüquqları ilə bağlı beynəlxalq öhdəliklərimiz var. Bu ərazilərdə qalan ermənilər Azərbaycan vətəndaşları olaraq rahat yaşaya bilərlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin