Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Bizim.Media Report-a istinadən xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, həmin iki yük maşını Xankəndidən Laçın istiqamətinə keçid edib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 35-ə çatıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:51 / 21.01.2023
Xankəndi-Laçın yolunda sülhməramlıların 35 avtomobili maneəsiz hərəkət edib
Hazırda oxunan: Xankəndi-Laçın yolunda sülhməramlıların 35 avtomobili maneəsiz hərəkət edib
Hazırda oxunan: Xankəndi-Laçın yolunda sülhməramlıların 35 avtomobili maneəsiz hərəkət edib
116012
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.