Azərbaycanda əcnəbi tələbələrin sayında 20 faiz artım var

Hazırda oxunan: Azərbaycanda əcnəbi tələbələrin sayında 20 faiz artım var

115985

“Azərbaycanda əcnəbi tələbələrin sayının 10 mindən çox olmasına çalışırıq”.

Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Müjdat Həsənov bildirib.

“Universitetləri təşviq edirik ki, hər il əcnəbi tələbələrinin sayını artırsınlar. Son iki ilin nəticələrini müqayisə etsək, 20 faiz artım var. Növbəti illərin hər biri üçün 15-20 faiz artıma nail olmaq üçün universitetləri təşviq edəcəyik” – sektor müdiri qeyd edib.

Qeyd edilib ki, Azərbaycan universitetlərində 2022-2023-cü tədris ilində 110 ölkədən 9000-ə yaxın xarici vətəndaş təhsil alır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin